XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2020 - 21:19

İtaliyada koronavirus:ölənlərin sayı 40 min nəfəri ötüb

İtaliyada koronavirusa yoluxanların sayı sürətlə davam etməkdədir. Pandemiyanın ilk dalğası ölkənin əsasən şimal regionlarını əhatə etsə də, ikinci dalğada cənubda da vəziyyət ağırlaşmaqdadır.

Azərtac xəbər verir ki, infeksiya hallarının artımı ölkənin cənub regionlarında səhiyyə sisteminin həddən artıq yüklənəcəyinə dair narahatlıqlara səbəb olub. Artıq bir çox xəstəxanalar qeyri-COVID-19 xəstələrin əməliyyatlarını təxirə salmağa məcbur olurlar.

İtaliya Həkimlər İttifaqı ölkə hökumətini mart-aprel aylarında olduğu kimi ümumölkə karantini elan etməyə çağırıb. Qeyd edilib ki, yüksələn epidemiya qövsünü dayandırmaq mümkün olmasa, o zaman səhiyyə sisteminin kollapsı qaçılmaz ola bilər. Hökumət müşaviri Valter Rikkardi isə infeksiyanın yüksək səviyyəyə çatdığı Milan və Neapol şəhərlərində sərt karantin rejiminin tətbiqini tələb edib. Kampaniya, Veneto və Toskana regionlarında da virusa yoluxanların sayı artır və bu regionlar tezliklə “qırmızı zona” elan edilə bilər.

Noyabrın 8-də İtaliyada koronavirusa gündəlik yoluxma 32 616 nəfər olub. Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya başlayandan ölkədə koronavirusla əlaqədar ölənlərin sayı 41 394 nəfərə çatıb.