XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 21:29

Türkiyədə koronavirusdan daha 85 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 85 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca  son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 145 411 şübhəli koronavirus testindən keçib, onlardan 2047-nin cavabı pozitiv çıxıb, 2047 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  2867 nəfər olub.

Türkiyədə ümumilikdə 396 831 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10972 nəfər ölüb.

Nazir dünənlə müqayisədə ağır xəstə sayının daha da artmasından narahatlığını bildirib və tibbi maskadan düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyədə COVID-19-a yoluxan ağır xəstə sayı 2740 nəfər olub. (apa)