XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 23:40

Türkiyə Maliyyə Naziri Berat Albayrakın istefası tələbi qəbul edilib

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrakın istefa tələbi qəbul edilib. 

Bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, Türkiyə Prezidentinin səlahiyyəti çərçivəsində 2018-ci ildə Maliyyə naziri təyin edilən Berat Albayrakın indiyədək göstərdiyi fəaliyyət Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdir edilib.

“Məlum olduğu kimi 8 yanvar 2020-ci ildə Berat Albayrak sosial şəbəkə vasitəsilə səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb. Prezidentimiz bu tələbi dəyərləndirərək istefa ərizəsini qəbul edib”, deyə açıqlamada bildirilib.