Bu gün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzv ölkələrinin virtual zirvəsi keçiriləcək.
Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Aparatından məlumat verilib.
ŞƏT-ə üzv ölkələrin 20-ci zirvə toplantısına Rusiya prezidenti Vladimir Putin ev sahibliyi edəcək.
Bugünkü iclasda ŞƏT çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilərkən iştirakçı ölkələrin liderləri ən vacib regional, beynəlxalq siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq və çıxışlar edəcəklər.
İran prezidenti Həsən Ruhaninin də toplantıda çıxışı planlaşdırılıb.