XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 15:33

Respublikaçılar 5 ştatdakı seçki ilə bağlı məhkəməyə müraciət edib –Seçki qalmaqalı

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın seçki qərargahı və Respublikaçılar Partiyasının nümayəndələri prezident seçkisindən sonra azı beş ştatda səslərin sayılması prosesinə yenidən baxılması ilə bağlı məhkəmədə bir sıra iddia qaldırıblar.

TASS xəbər verir ki, məhkəmə çəkişmələri Trampla rəqibi Cozef Bayden arasındakı fərqin o qədər də çox olmadığı Pensilvaniya, Miçiqan, Corciya, Arizona və Nevada ştatlarında olacaq.

Respublikaçıların bu istiqamətdəki ən böyük aktivliyi Baydenə qələbə üçün lazım olan 20 seçən səsi qazandıran Pensilvaniya ştatında qeydə alınıb. Bu ştatdakı səsvermə üzrə iddialar yalnız bir neçə yerli məhkəmədə deyil, həmçinin ABŞ Ali Məhkəməsinə də qaldırılıb.

ABŞ Ali Məhkəməsində həmçinin səsvermənin bitimindən üç gündən çox vaxt keçəndən sonra qəbul edilən bülletenlərin uçotunun qadağan edilməsi tələbi ilə bağlı ayrıca iki iddia da qaldırılıb. Daha əvvəl Pensilvaniya Ali Məhkəməsi onların hesablanmasına icazə vermişdi. Respublikaçılar bu qərarı Konstitusiyaya zidd hesab edirlər.

Bənzər iddia Miçiqan ştat (16 seçən) məhkəməsində də qaldırılıb. Respublikaçılar seçkinin monitorinqi ilə bağlı problemlər səbəbindən də səslərin sayılmasının dayandırılmasını tələb ediblər. Ancaq bu tələb rədd edilib.

Elə Corciya ştatı seçən) da respublikaçıların iddiası rədd edilib.nda (16

Arizona ştatında (11 seçən) işə hələ baxılır.

Nevada ştatında (6 seçən) respublikaçılar səs vermək hüququ olmayan 3 mindən çox adamın seçkiyə buraxılması ilə bağlı məhkəməyə müraciət edib. Hakim kifayət qədər dəlil tapmadığından iddianı rədd edib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. ABŞ-ın aparıcı media orqanlarının proqnozlarına görə, demokrat Cozef Bayden hazırkı prezident Donald Trampı məğlub etmək üçün lazım olan 270 səsdən çox səs toplayıb. Bayden artıq seçkidə qələbə qazandığını elan edib/Report.