XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 18:21

Estoniya prezidenti özünü təcrid etdi –Koronavirus şübhəsinə görə

Estoniya prezidenti Kersti Kalyulayd koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.

TASS xəbər verir ki, bu barədə prezidentin yaydığı məlumatda deyilir.

“Cümə günü Vilyandiyə səfər zamanı daha sonra COVID-19 diaqnozu qoyulmuş adamla görüşdüm. Yaxın təmas sayıldığımdan bazar etəsinə (16 noyabr) qədər təcrid olunacağam”, – o, feysbukdakı səhifəsində yazıb.

K.Kalyulaydın sözlərinə görə, onun bu həftə keçirilməsi planlaşdırılan bütün şəxsi görüşləri təxirə salınıb/Report.