XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 20:14

ABŞ-da koronavirus:yoluxanların sayı 10 milyonu keçdi

Son sutka ərzində ABŞ-da 111 433 nəfər yeni növ koronavirusa yoluxub, daha 590 nəfər COVID-19-un qurbanı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

Bildirilib ki, son rəqəmlərdən sonra ABŞ-da koronavirusa yoluxanların sayı 10 milyonu keçib. Belə ki, son 24 saat ərzində qeydə alınan rəqəmlərdən sonra ümumi yoluxanların sayı 10 110 552 nəfərə çatıb. 238 mindən çox insan COVID-19 qurbanı olub, 3,9 milyondan çox pasiyent sağalıb.

Qeyd edək ki, dünyada 50,9 milyondan çox insan koronavirusa yoluxub, onlardan bir milyondan çoxu ölüb. 33 milyondan çox insan sağalıb.