XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 23:54

İran nüvə razılaşmasının gələcək taleyinin nədən asılı olacağını açıqlayıb

Nüvə razılaşması ilə bağlı vəziyyət ABŞ-ın yeni hökumətinin addımlarından asılı olacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Nüvə razılaşmasının gələcək mövqeyi ABŞ-ın davranışından asılıdır”, – deyə agentlik nazirin sözlərindən sitat gətirib.

Nazir Tehranın ABŞ-da yeni hökumətin hakimiyyətə gələcəyi zaman Amerika tərəfinin hansı addımlar atacağını gözlədiyini qeyd edib.