XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 15:40

İrəvanda keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib- Paşinyanın istefası tələb olunur

Ermənistanın paytaxtı İrəvan şəhərinin Azadlıq meydanında keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib.

Strateq.az “Sputnik Armenia”ya istinadən xəbərə verir ki, etirazçılar polis əməkdaşını döyüblər.

Xəsarət alan polis əməkdaşı həmkarları tərəfindən ərazidən uzaqlaşdırılıb.

Daha sonra etirazçılar İrəvandakı parlament binasına gəliblər. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Bundan əvvəl İrəvanın Azadlıq Meydanında toplanan müxalifət, Baş nazir Nikol Paşinyanın Qarabağda atəşkəsə dair müqavilə imzaladığı üçün istefasını tələb edib.

Hazırda parlament binası yaxınlığında vəziyyət sakitdir, təhlükəsizlik qüvvələri ilə qarşıdurma yoxdur. Amma yürüş iştirakçılarının sayı artır.