XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 19:55

Almaniyada gömrük idarəsinin binasından 6 milyon avrodan çox pul oğurlanıb

Almaniyanın Emmerix şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) naməlum üç şəxs gömrük idarəsinin binasından təxminən 6,5 milyon avro pul oğurlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə N-tv telekanalı məlumat verib.

Bildirilib ki, basqın noyabrın 1-də baş tutub.

Faktla bağlı araşdırma aparılır. Polis hücumun yaxşı planlaşdırıldığını və peşəkarlıqla həyata keçirildiyini qeyd edib. Belə ki, cinayətkarlar qazma qurğusundan istifadə edərək binanın zirzəmisinə daxil olub və seyfə çıxış əldə ediblər.