XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 21:20

Rusiyadan Yerevana sülhməramlılar gəlməkdə davam edir

Bu gün Yerevana Rusiyadan sülhməramlı hərbçiləri daşıyan daha 8 təyyarə gəlib.

“Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi texniki təchizat ləvazimatı da gətirilib.

Bu yüklərin boşaldılmasına başlandığı da qeyd olunur.

“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil olunub”, – açıqlamada qeyd olunur.