XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 21:41

Ukrayna koronavirusla bağlı sərt karantin rejiminə keçib

Ukrayna koronavirus xəstəliyinin kütləvi yayılmasına görə sərt karantin rejiminə keçib.

Azərtac xəbər verir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul edilib.

Sərt karantin rejiminə görə, noyabrın 14-dən 30-na qədər şənbə günü 00:00-dan bazar ertəsi 00:00-a qədər ticarət-əyləncə mərkəzlərinin, idman zalları, fitnes-mərkəzləri, hovuzlar, teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Bar, restoran, kafe və əyləncə obyektlərinə müştərilərin girişi qadağan olunub. Yalnız ərzaq dükanları, apteklər, yanacaq-doldurma məntəqələri, maliyyə obyektləri, yeməklərin daşınması xidmətlərinin fəaliyyəti mümkün olacaq.

Digər günlərdə bar, klublar, restoran və kafelərin fəaliyyəti axşam 22:00-dan səhər 07:00-a qədər qadağan edilib. Günün digər saatlarında müştərilər bir masa arxasında 4 nəfərdən artıq otura bilməz və masalar arasında məsafə azı 2 metr olmalıdır. Bu müddətdə yalnız müştərilərin sifarişlərinin ünvanlara aparılması mümkün olacaq.

Bundan başqa şəhər, şəhərlərarası, vilayət daxili, vilayətlərarası sərnişin daşımalarında oturacaq sayından artıq sərnişin daşınması qadağan edilib.

Sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilib.