XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 22:51

Zelenski xəstəxanaya yerləşdirilib: "Öz vəzifəmi yerinə yetirirəm"

Koronavirusa yoluxmuş Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.

Bu barədə Prezidentin ofisi məlumat yayıb.

“O, əvvəlcə evdə özünü təcrid etmişdi, lakin indi Feofaniya xəstəxanasına yerləşdirilib. Prezident heç kimi yoluxdurmamaq və daha yaxşı təcrid olunmaq üçün bu qərarı verib. Xəstəxanada xəstələr üçün yaxşı şərait var və Prezidentin səhhətində problem yoxdur”, – deyə Prezidentin sözçüsü deyib/APA.

Zelenski isə özünü kifayət qədər yaxşı hiss etdiyini bildirib.

Bu barədə dövlət başçısı sosial şəbəkədəki videomüraciətində qeyd edib: “Bildiyiniz kimi, COVID-19 təəssüf ki, məndən yan keçmədi və özümü kifayət qədər yaxşı hiss edirəm. Üçüncü gündür təcridetmədəyəm, amma işdən təcrid olunmamışam. Öz vəzifəmi yerinə yetirirəm. Onlayn müşavirələr keçirir və zəngləşirəm”.

Dövlət başçısı bazar ertəsi bildirib ki, koronavirusa yoluxub/Report.

Xatırladaq ki, Prezident V. Zelenski noyabrın 9-da “Twitter” hesabından bildirib ki, onun koronavirus analizinin nəticəsi pozitiv çıxıb. Ukraynanın Maliyyə və Müdafiə nazirləri, o cümlədən V. Zelenskinin baş müşaviri də koronavirus infeksiyasına yoluxub.