XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 13:20

Möhsün Pakayin:"Dağlıq Qarabağda hərb kölgəsi qalmaqdadır"

“Azərbaycan xalqının əsas tələbi Dağlıq Qarabağın bu ölkəyə qaytarılmasıdır”.

Strateq.az “Cam-e Cəm”ə istinadla xəbər verir ki, bunu İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

Üçtərəfli atəşkəs razılaşmasını şərh edən diplomatın sözlərinə görə, atəşkəsin qəbulu Bakı üçün qələbə, İrəvan üçün məğlubiyyət deməkdir.

Eks-səfir bildirib: “Əlbəttə, Dağlıq Qarabağın statusu hələ müəyyənləşdirilməyib və proses Azərbaycan ərazilərinin işğalının sona çatması, ərazi bütövlüyünün qorunması, qaçqınların Dağlıq Qarabağdakı yurdlarına qaytarılması ilə başa çatacaq. Təbii ki, bu razılaşmada Azərbaycan Respublikasının üstünlüyü var, lakin zaman keçdikcə Dağlıq Qarabağın Azərbaycana qaytarılması vəziyyətində belə, bölgədə hərb və etibarsızlıq kölgəsi qalacaq”.

“Atəşkəs razılaşmasının Rusiya sülhməramlılarının 5 il müddətində olmasını şərtləndirməsi münaqişənin həllinin daha 5 il təxirə salına biləcəyini göstərir, – deyə Möhsün Pakayin nəticə çıxarır. – Bu vəziyyətdə atəşkəs sabitliyi təmin edilə bilməz, çünki Ermənistan qüvvələrini yeniləyərək və Ermənistan Birliyi bayrağı altında transbölgə ölkələrinin siyasi dəstəyini alaraq yenidən hərbi kampaniyaya daxil ola bilər.

Eyni zamanda, Azərbaycan xalqının əsas tələbi Dağlıq Qarabağın bu ölkəyə qaytarılmasıdır və təxirə salındığı təqdirdə bu hədəfə çatmaq üçün Bakının yenidən hərbi səfərbərlik ehtimalı mövcuddur. Lakin Rusiya və İran münaqişəni tam həll etmək üçün vasitəçilik səylərini davam etdirməlidirlər ki, mövcud atəşkəs Dağlıq Qarabağın Azərbaycan Respublikasına qaytarılması ilə ədalətli bir sülhə səbəb olsun”.