XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 21:37

Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı:“İranla münasibətlərimiz hələ də normallaşmayıb"

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

“İranla münasibətlərimiz hələ də normallaşmayıb. Bu səbəbdən 14 noyabr 1979-cu il tarixli 12170 saylı fərmanla elan edilmiş İrana qarşı fövqəladə vəziyyətin uzadılmasına ehtiyac olduğuna qərar verdim”, – Tramp belə deyib/APA.