XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 10:12

Boris Nemtsovun qızı “Mərdliyə görə” illik mükafatı aldı –Kerridən açıqlama
524839952

524839952

ABŞ dövlət katibi Con Kerri dünyanın müxtəlif ölkələrindən olan 14 qadını “Mərdliyə görə” illik mükafatı ilə təltif edib.

Mükafatlandırılmış şəxslər arasında bir il əvvəl qətlə yetirilmiş rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova olub.

“14 lider, nümunə götürmək üçün 14 örnək, böyük mərdliyə malik olan 14 qadın. Bu gün bu mükafata layiq görülən şəxslər ədalət naminə, tolerantlıq naminə, həqiqət naminə hərəkət etməyə, qəbuledilməz hallarla barışmamağa, başqalarının irəliyə doğru ilk addımı atmasını gözləməməyə  çağıran bir nümunədirlər”, – deyə Kerri qeyd edib.         

Mərdliyə görə” mükafata sülhü, insan haqlarını, ədaləti, cinslərin bərabərliyini fəal müdafiə edən şəxslər layiq görülür.

Mükafat 2007-ci ildə təsis edilib. Bu vaxtadək 60 ölkədən 100-dək qadın mükafata layiq görülüb.

APA