XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 11:49

AYİB:Rusiya ÜDM-i bu il 4,5% azalacaq, inflyasiya 3,2% təşkil edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Rusiya iqtisadiyyatının 4,5% azalacağını proqnozlaşdırır.

AYİB-in ölkə üzrə hesabatında deyilir ki, Rusiyada bu il ortaillik inflyasiyanın 3,2% təşkil edəcəyi gözlənilir. 2020-ci ildə Rusiya dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 3,5%-ə bərabər olacağını gözləyən bank, tədiyə balansının cari əməliyyatlar hesabının profisitdə qalacağını güman edir və ÜDM-in 1,2%-ni təşkil edəcəyini gözləyir.

Qeyd edək ki, 2019-cu ildə Rusiyada iqtisadi artım 1,3%, inflyasiya isə 4,5% təşkil edib. Ötən il dövlət büdcəsinin profisitinin ÜDM-ə nisbəti 1,9%-ə bərabər olduğu halda, cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti 3,8% təşkil edib. (apa)