XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 12:32

Rusiyada koronavirus:gündəlik yoluxma sayı 22 minə çatır

Rusiyada son sutka ərzində daha 21 983 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 880 551 nəfərə çatıb.

Son sutka ərzində 411 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 443 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir. (apa)