XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 15:25

İranda koronavirus:ötən sutkada 461 nəfər ölüb

“İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 461 nəfər ölüb”.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 40 582 nəfərə çatıb.

Nazirlik rəsmisi bildirib ki, İranda ötən 24 saat ərzində 11 737 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 738 322 nəfərə yüksəlib.

İranda indiyədək 546 642 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 630 nəfərin vəziyyəti ağır qiymətləndirilir. (apa)