XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 23:38

Rusiya FTX Ermənistanda əlavə 5 sərhəd postu yerləşdirib –Aleksandr Bortnikov

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ermənistanda əlavə beş sərhəd zastavası yerləşdirib.

TASS xəbər verir ki, bu barədə FTX rəhbəri Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

FTX rəhbəri qeyd edib ki, onlardan 2 post Ermənistan və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Yerasx və Payrur Seyvak ərazisində, 2 post Ermənistan və İran sərhədində – Meğri və Sıqırt ərazisində və sonuncu post sərhəddəki Tex məntəqəsində yerləşdirilib.

“Bütün lazımi tədbirlər Ermənistanın sərhəd orqanları ilə razılaşdırılaraq həyata keçirilib. Azərbaycan sərhədçiləri ilə də müvafiq əlaqələr qurduq, məlumat mübadiləsi apardıq. Sərhədçilər dövlət sərhədinin qorunması rejimində xidmət edirlər”, deyə Bortnikov vurğulayıb. (apa)