XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 11:02

BMT:"Efiopiyadakı etnik gərginlik soyqırıma çevrilə bilər"

BMT Efiopiyada mülki şəxslərin öldürülməsindən və etnik gərginliyin soyqırıma çevrilmə ehtimalından narahatdır.

“Report” xəbər verir ki, bu barədə BMT-nin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri Pramila Patten və xüsusi məsləhətçi Karen Smitin yaydığı birgə bəyanatda deyilir.

Onlar Tiqray bölgəsindəki son hərbi qarşıdurmalarla bağlı xəbərlərdən dərin narahatlıqlarını ifadə ediblər.

Bəyanatda qeyd olunub ki, etnik hücumlar soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər riskini artıran təhlükəli bir trayektoriyanı təmsil edir.