XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 18:01

Slovakiya ərazisinə giriş qaydaları sərtləşdirilib- Səbəb

Koronavirus pandemiyası ilə əlaqədar Slovakiyaya səfər etmək daha da çətinləşəcək.

Ölkənin səhiyyə qurumlarının yaydığı məlumata görə, bütün Avropa İttifaqı ölkələri ilə, o cümlədən qonşu Avstriya, Macarıstan və Polşa vətəndaşlarının da Slovakiyaya girişinə məhdudiyyət tətbiq ediləcək. Slovakiya hökuməti qonşu ölkələrlə sərhədlərin açıq saxlanacağını dəfələrlə bəyan etsə də, artıq mövcud reallıq başqadır və istisnalar yalnız həmsərhəd ərazilərdə yaşayan və peşə fəaliyyəti ilə bağlı gündəlik sərhədi keçməli olan şəxslərə tətbiq ediləcək. Bununla da noyabrın 16-dan etibarən həmin ölkələrdən müddəti 72 saatdan artıq olmayan müvafiq PCR testi təqdim etməyən şəxslərin bu ölkə ərazisinə girişinə icazə verilməyəcək.

PCR testi təqdim etmədən Slovakiyaya səfər etməyə yalnız on ölkədən gələn şəxslərə icazə veriləcək, həmin siyahıda Avropadan yalnız Finlandiya və Yunanıstanın adı var.

Hökumətin bu qərarı ilə bağlı müəyyən anlaşılmazlıq da etirazlara səbəb olub. Ölkənin səhiyyə naziri Marek Krayçi bir neçə gün öncə özü ilə müvafiq PCR testi gətirməyən şəxslər üçün sərhədlərdə də sürətli antigen testlərinin təşkil olunacağını elan etmişdi. Lakin yeni qərarda bu imkan öz əksini tapmayıb və müddəti 72 saatdan artıq olmayan PCR testlərinin mütləq təqdim olunması qeyd olunub. Populist-mühafizəkar İqor Matoviçin hökuməti verilən qərarları tez-tez dəyişdiyinə görə tənqid olunub(azərtac).