XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 17:52

Türkiyənin “Kanuni” gəmisi qısa vaxtda Qara dənizdə kəşfiyyat işlərinə başlayacaq

Türkiyənin sayca altıncı kəşfiyyat-axtarış gəmisi olan “Kanuni” ən qısa zamanda Qara dəniz bölgəsində fəaliyyətə başlayacaq.

Azərtac Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, gəmi hazırda Filyos bölgəsində fəaliyyətə hazırlanır. Bildirilir ki, gəminin qülləsi, qazma qurğuları və digər hissələri ən qısa vaxtda montaj olunacaq.

Qeyd edək ki, TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) tərəfindən idarə olunacaq uzunluğu 227 metr, eni 42 metr olan “Kanuni” ən müasir texnologiyalarla təchiz edilib.