XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 21:04

COVID-19:Fransada son 24 saatda 476 ölüm faktı qeydə alınıb

Fransada son sutkada SARS-CoV-2 virusundan xəstəxanalarda 456, qocalar evlərində isə 476 ölüm faktı qeydə alınıb. Ölkədə COVID-19 infeksiyasından ölənlərin ümumi sayı 43 892-yə çatıb.

Bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Ölkədə ümumi gündəlik yoluxmanın sayı azaldığı və son gündə 23 794 yeni yoluxma qeydə alındığı diqqətə çatdırılıb.

Bildirilib ki, reanimasiya şöbələrində 4887 ağır vəziyyətdə olan koronavirus xəstəsi müalicə olunur. Son həftə ərzində xəstəxanalara 17 895 koronavirus xəstəsi daxil olub.

Ölkədə araşdırılan 3 698 qrup yoluxmasından 1317-si qocalar evlərində aşkarlanıb. 99 departamentdə vəziyyətin hələ də çox ağır olduğu vurğulanır. COVID-19 epidemiyası başlayandan ölkədə 1 922 504 yoluxma qeydə alınıb(azərtac).