XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2020 - 19:32

ÜST-ün baş direktoru:“Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”

“Peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, – deyə ÜST-ün baş direktoru bildirib.

O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: “Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”. (apa)