XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 19:59

İranın 150-yə yaxın şəhərində karantin rejimi tətbiq olunacaq –Hərəkət məhdudlaşdırılacaq

Noyabrın 21-dən İranın bir sıra şəhərlərində hərəkət məhdudlaşdırılacaq.

Fars” agentliyinin verdiyi xəbərə görə, bu barədə yeni növ koronavirusla (COVID-19) mübarizə üzrə Milli Qərargah məlumat yayıb.

Bu şəhərlər yeni növ koronavirusun (COVID) yayılma səviyyəsinə görə “qırmızı zona”ya daxildirlər.

Hərəkətə məhdudiyyət iki həftə ərzində hər gün saat 21.00-dan 04.00-a qədər müddəti əhatə edəcək. Eyni zamanda, bu şəhərlərdə bütün fərdi və dövlət müəssisələrini əhatə edən karantin rejimi tətbiq ediləcək, yalnız ərzaq mağazaları, xəstəxanalar və apteklərin fəaliyyəti istisna olacaq.

İki həftə ərzində tətbiq olunacaq məhdudiyyətlər Tehran da daxil olmaqla, 150-yə yaxın şəhəri əhatə edəcək. (apa)