XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 22:55

Trampın müşaviri:"Görünən odur ki, seçkilərdə Bayden qalib gəlir"

“ABŞ-da Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin prezident seçkilərində qalib gəldiyi görünür”.

Bu sözləri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen səsləndirib.

“Baxın, əgər Bayden-Harris biletinin qalib olduğu müəyyənləşsə – və hazırda işlər açıq-aşkar belə görünür – biz Milli Təhlükəsizlik Şurası olaraq çox peşəkar şəkildə ötürmə edəcəyik”, – deyə Robert O’Brayen Qlobal Təhlükəsizlik Forumundakı onlayn çıxışında qeyd edib. (apa)