XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 19:19

Ovannisyana hücum olub –Keçmiş mətbuat katibi polisə şikayət edib

Ermənistan Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Artsrun Ovannisyana naməlum şəxslər hücum edib.

Bu barədə A.Ovannisyan öz “Facebook” səhifəsində deyib.

Onun sözlərinə noyabrın 9-dan başlayaraq ünvanına müxtəlif təhdidlər alıb. Ötən gecə isə iki nəfər ona hücum edib.

A.Ovannisyan bildirib ki, təhdidlər davam etdiyi üçün polisə müraciət edib.

Qeyd edək ki, Artsrun Ovannisyan Dağlıq Qarabağda münaqişə davam edərkən gündəlik brifinqlər zamanı Ermənistan ordusunun “uğurları” barədə məlumatlar verirdi/Trend.

Məğlubiyyətdən sonra isə o, istefa verib.