XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 11:33

Tramp Kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyinin başçısı Kris Krebsin vəzifəsindən çıxarılması haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkədə bildirib.

“Kris Krebs Kibertəhlükəsizlik və İnfrastruktur üzrə agentliyin başçısı vəzifəsindən çıxarılıb”, – Tramp “Twitter”dəki hesabında yazıb.

O, qeyd edib ki, Krebsin prezident seçkiləri haqqında son bəyanatı olduqca qeyri-dəqiq idi.

ABŞ rəhbərinin sözlərinə görə, seçkilərdə müxtəlif pozuntular baş verib.