XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 17:14

Rusiyanın deputatı koronavirusa yoluxub

Rusiyanın Dövlət Dumasının Vahid Rusiya Partiyasından sədri Vitali Milonovda koronavirus aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

“Koronavirus. Özümü təcrid etmişəm”, – o, agentliyə bildirib.

Qeyd edək ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, parlamentdə 130 deputat koronavirus keçirib, ya da hazırda onun daşıyıcısıdır. Onun sözlərinə görə, hazırda 28 nəfər COVID-19 ilə əlaqədar xəstəxanaya yerləşdirilib.