XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 18:22

Ermənistan MN-in Hərbi Nəzarət Xidmətinin rəisi istefa ərizəsi yazıb

Ermənistan Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan istefa ərizəsi yazıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə M.Akopyan yerli KİV-ə açıqlamasında bildirib.

O, istefasının səbəbləri barədə daha sonra məlumat verəcəyini vurğulayıb.

Qeyd edək ki, M. Akopyan bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilib. O, qondarma “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini olub.

Xatırladaq ki, M. Akopyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısıdır.