XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 23:32

Berlin Senatı AFR daxili işlər nazirini məhkəməyə verir

Noyabrın 17-də Berlin federal əyalətinin Senatı daxili işlər naziri Horst Zeyehoferə qarşı məhkəmə iddiası qaldırmağı qərara alıb.

Senatın bu qərarına Yunanıstandakı düşərgələrdən qaçqınların qəbulu ilə bağlı fikir ayrılıqları səbəb olub.

İddia Federal İnzibati Məhkəməsinə təqdim ediləcək. İddiaçılar ölkənin Daxili İşlər Nazirliyinin qaçqınların qəbulu üzrə proqramın təsdiq olunmasından imtina şərtlərini məhkəmə yolu ilə aydınlaşdırmağa hazırlaşırlar.

Zeyehofer federal əyalətin çoxsaylı sorğularına uzun müddət ağlabatan cavab verməyib. Buna görə məhkəmə prosesinin başlanması qərara alınıb.

Bundan əvvəl qəbul edilmiş qərara görə Almaniya Yunanıstan düşərgələrindən təqribən 2500 qaçqın qəbul etməli idi. Mübahisəli məsələ həmin qaçqınların hansı şərtlər daxilində qəbul edilməsi ilə bağlıdır. Berlin federal əyaləti bu proseslərin xüsusi proqram üzrə həyata keçirilməsini istəyir, DİN rəhbəri isə qaçqınların yerləşdirilməsinə dair ümumavropa prinsiplərinin tətbiq olunmasında israr edir(azərtac).