XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 23:47

Avropa İttifaqında avtomobil satışında rekord azalma qeydə alınıb

Avropa İttifaqı ölkələrində minik avtomobillərin satışı 2020-ci ilin ilk 10 ayında rekord dərəcədə – 26,8 faiz azalıb.

Bu barədə məlumat Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının aylıq hesabatında yer alıb.

“2020-ci ilin yanvar ayından oktyabradək Avropa İttifaqının 27 ölkəsində 8 milyon yeni minik avtomobili qeydiyyatdan keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,9 milyon ədəd azdır. Ümumilikdə isə ilin ilk on ayı ərzində avtomobil satışında misli görünməmiş eniş müşahidə olunub – 26,8 faiz”, – assosiasiyanın təqdim etdiyi məruzədə belə deyilir.

Avropa İttifaqının aparıcı ölkələrində ən çox azalma İspaniya (36,8 faiz) və İtaliyada (30,9 faiz) qeydə alınıb. Fransada bu göstərici 26,9 faiz, Almaniyada isə 23,4 faiz təşkil edib.

Məruzədə qeyd olunur ki, avtomobil satışları 2020-ci ilin ilk səkkiz ayı ərzində azaldıqdan sonra karantin tədbirlərinin yay zəifləməsinin nəticələrinin hiss olunduğu sentyabrda bir qədər artıb (avqust ayı ilə müqayisədə +3,1 faiz). Lakin oktyabrda pandemiyanın ikinci dalğasının baş qaldırmasına paralel olaraq eniş göstəriciləri təkrarlanıb və sentyabr ayı ilə müqayisədə 7,8 faizə çatıb.

Məlumata əsasən, “Volkswagen” avtomobillərinin satışı 28,9 faiz, “Peugeot” avtomobillərinin satışı 26 faiz, “Renault” avtomobillərinin satışı 25,3 faiz, “Mercedes” və “Toyota” avtomobillərinin satışı 16,7 faiz, “Kia” avtomobillərinin satışı isə 15,8 faiz aşağı düşüb.

Bu göstəriciyə görə liderlər sırasında “Smart” (78 faiz azalma), “Alpine” (76,9 faiz), “Lada” (56,5 faiz), “Jaguar” (50,4 faiz) və “Opel” (45,8 faiz) kompaniyaları yer alıb(azərtac).