XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2016 - 15:23

Avrozonanın 10 ölkəsi razılığa gəlib:Maliyyə əməliyyatlarına vahid vergi tətbiq olunacaq

Avrozonanın 10 ölkəsi maliyyə əməliyyatlarına vahid verginin tətbiqi ilə bağlı bəzi müddəaları əsasən razılaşdırıblar. Belə ki, 2016-cı ilin ortalarına qədər vergi dərəcələrinin həddinin razılaşdırılması qərara alınıb.

Vergilər.az xəbər verir ki, maliyyə əməliyyatlarına verginin tətbiqi spekulyativ treydinqin qarşısının alınması, bankların dəstəklənməsinə yönəldilmiş dövlət vəsaitlərinin bir hissəsinin geri qaytarılması və bir sıra Avropa Birliyi (AB) ölkələrində tətbiq edilən müxtəlif yığımların unifikasiyası məqsədini daşıyır.

Verginin tətbiqi haqqında danışıqlar 2011-ci ildən davam edir. 2015-ci ildə Almaniya, Fransa, İtaliya, Avstriya, Belçika, Estoniya, Yunanıstan, Portuqaliya, Slovakiya, Sloveniya və İspaniyanın maliyyə nazirləri danışıqlarda irəliləyişin olduğunu qeyd ediblər və siyasi razılaşmanın 2016-cı ildə imzalanacağı gözlənilir.

Maliyyə nazirlərinin bəyanatında bildirilir ki, “intradey” ticarəti də daxil olmaqla, səhmlərin əldə edilməsi üzrə bütün sazişlər vergiyə cəlb olunacaq. Vergi AB ölkələrinin hər hansı birində buraxılmış səhmlərlə əməliyyat aparan treyderlər tərəfindən həmin sxemdə iştirak edən ölkələrdən birində ödəniləcək.