XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 13:52

Rusiyalı senator:"ABŞ və Fransa Rusiyaya həsəd aparır"

“ABŞ və Fransa Dağlıq Qarabağla bağlı atəşkəs razılaşmasına görə Rusiyaya həsəd aparır”.

Strateq.az “Russia Today”-ə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kasaçov bildirib.

Onun sözlərinə görə, ABŞ və Fransa rəsmilərinin Rusiyadan Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaya dair izahat istəməsi Moskvanın nailiyyətlərinə qısqanclıq kimi yozula bilər.

“Onlar qısqancdırlar, çünki iştirakları olmadan uğurlu bir nəticə qazanılıb”.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo fransız vəzifədaşı Jan Ludrian ilə görüşündə iki ölkənin Rusiyadan, o cümlədən Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki rolu ilə bağlı izahat istəyib.

Adı açıqlanmayan bir ABŞ rəsmisi isə bildirib ki, ATƏT-in Minsk qrupunun liderləri rollarına sadiq qalırlar və Rusiya tərəfinin cavab verməli olduğu çoxlu sualı var.