XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 21:56

Gürcüstanda işsizlik səviyyəsi ötən illə müqayisədə 7 faiz artıb- Statistika İdarəsi

Gürcüstanda işsizlik səviyyəsi əvvəlki aylara və 2019-cu ilin 9 ayı ilə müqayisədə 7 faiz artıb.

Cari ilin III rübündə Gürcüstanda işsizlik səviyyəsi 11,9 faiz təşkil edib.

Azərtac xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu göstərici 2019-cu ilin eyni dövrünə nisbətən 7 faiz bəndi çoxdur.

Hesabat dövründə şəhər yerlərində işsizlik 18,8 faiz, kənd yerlərində isə 4,8 faiz olub.

Kişilər arasında bu göstərici 13,9 faiz, qadınlar arasında isə 9,4 faiz təşkil edib.