XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 22:57

Fransanın Mərakeşdəki baş konsulu özünü öldürüb –55 yaşlı konsul mənzilində özünə qəsd edib

Fransanın Mərakeşdəki baş konsulu Deni Fransua özünü öldürüb.

“Le360” portalı xəbər verir ki, intihar barədə səfirliyin saytında bildirilib.

Fransa səfirliyinin bütün heyəti diplomatın ailəsinə, doğma və yaxınların dərdinə şərik olduğunu bildirərək başsağlığını ifadə edib. Portal iddia edib ki, 55 yaşlı konsul mənzildə özünə qəsd edib, o, özünü asıb.

İntiharın səbəbləri məlum deyil, amma vurğulanır ki, Fransua sentyabrın 15-də vəzifəyə təyin edildikdən dərhal sonra bu postdan azad olunmasını xahiş edib/Report.