XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 Noyabr 2020 - 21:24

Tbilisidə mikromaliyyə təşkilatının ofisinə basqın zamanı girov götürülənlər azad edilib –DİN

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın zamanı girov götürülən şəxslərin hamısı sərbəst buraxılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Ciorcobiani məlumat verib. Bildirilib ki, basqın edən şəxs polisə təslim olub.

Qeyd edək ki, DİN-in sonuncu açıqlamasında basqın edən şəxsin 11 nəfəri girov götürdüyü bildirilmişdi.

***

Tbilisidə mikromaliyyə təşkilatının ofisinə edilmiş silahlı basqın zamanı girov götürülən şəxslərdən bir neçəsi sərbəst buraxılıb.

Ofisə hücum edən şəxs girovlardan bir neçəsini sərbəst buraxıb.

Hazırda polisin xüsusi əməliyyatı davam etdirdiyi bildirilir. (apa)