XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2020 - 11:31

Tramp seçkilərdə məğlub olmasında iri əczaçılıq şirkətlərini günahlandırıb

ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçkilərdə məğlub olmasında iri əczaçılıq və texnologiya şirkətlərini, eləcə də KİV-ləri günahlandırıb.

Trend-in məlumatına görə, D.Tramp bütün bunlara baxmayaraq seçkilərdə qalib gəldiyini iddia edib.

O bildirib ki, iri əczaçılıq şirkətləri seçki ərəfəsində ona qarşı iri kampaniya işə salıblar:

“Onlar mənim uduzmağımı istəyirdilər, amma mən qalib gəlmişəm. Bizə qarşı iri əczaçılıq şirkətləri işəyib. Texnologiya şirkətləri və KİV-lər də bizə qarşı olub”.

D.Tramp, həmçinin “BioNTech” və “Pfizer” şirkətlərini koronavirus vaksininin uğurları barədə gec məlumat verməkdə və bununla da qələbə şansını azaltmaqda ittiham edib.