XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2020 - 17:20

Nur-Sultanda partlayış:1 nəfər ölüb, 33 nəfər yaralanıb

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedəki partlayış nəticəsində bir nəfər ölüb, 33 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin şəhərdəki idarəsinin mətbuat xidməti yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Paytaxtın icra hakimiyyətinin başçısı Altay Kulqinov bildirib ki, ölənin ailəsinə yardım göstəriləcək.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.