XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2020 - 20:48

Ukraynada koronavirus:daha 14580 nəfər yoluxub, ölənlər var

Ukraynada ötən 24 saat ərzində 14 580 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.

Bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, son sutkada 215 nəfər COVID-19-dan vəfat edib: “Ümumiyyətlə 610 uşaq və 590 tibbi işçisi koronavirusa yoluxub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 72 minə yaxın test aparılıb.

İndiyədək ümumilikdə 612 665 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 313 nəfər müalicə olunaraq sağalıb, 10 813 nəfər vəfat edib”/Report.