XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2020 - 23:15

OECD:"Pandemiyanın zərəri ötən bir neçə ayda deyil, qarşıdakı aylarda müşahidə ediləcək"

Hökumətlərin artan xərcləri qarşılamaq qabiliyyətinin son həddi yaxınlaşdıqca, pandemiya dövründə qlobal iqtisadiyyat çökmə və ya dirçəlmə ilə qarşılaşa bilər.

Azərtac xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş katibi Angel Gurria deyib.

O bildirib ki, hökumətlər bu il tənəzzülə qarşı doğru addımlar atır, lakin bir çoxunun maddi vəsaiti tükətmək üzrədir: “Daha çox koordinasiya edilmiş fəaliyyət səyləri olmazsa, böhranın növbəti mərhələsi zəngin və məhdud nağd pulu olan ölkələr arasındakı uçurumu genişləndirəcək və bu, qlobal iqtisadiyyatda parçalanmaya səbəb ola bilər. Hazırda bəzi iqtisadi reallıqlar fonunda maliyyə imkanlarının bəzilərində məhdudiyyətlər müşahidə edirik. Zərərin müşahidə olunacağı dövr ötən bir neçə ay deyil, qarşıdakı aylardır”.