XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2020 - 22:56

Gürcüstanda seçki:hakim partiya qalib gəldiyini elan etdi

Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının namizədləri parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə bütün birmandatlı dairələrdə qalib gəliblər.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda səs verib:

“Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, Gürcü Arzusu partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlament mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə Gürcü Arzusu 90 millət vəkili ilə təmsil olunacaq”/Report.