XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2020 - 19:51

Bill Qeyts yeni pandemiyadan xəbər verdi:"Biz ikinci dəfə belə axmaq olmayacağıq"

“Microsoft”un banisi Bill Qeyts bəşəriyyətə yeni pandemiyanın meydana çıxması barədə xəbər verib.

Milyarder aktrisa Raşida Jons və ABŞ-ın baş infeksionisti Entoni Faucla birlikdə koronavirus pandemiyasını və COVID-19-un meydana gətirdiyi dəyişiklikləri müzakirə edib.

Danışıq zamanı Cons ondan soruşub ki, həqiqətənmi bəşəriyyət yeni pandemiya ilə qarşılaşacaq.

“Bəli. Və əgər bu iyirmi ildən sonra olsa bəxtimiz gətirəcək”, – Qeyts bildirib.

O, həmçinin qeyd edib ki, bunun çox əvvəl – üç il sonra olması ilə bağlı ssenari mövcuddur.

Bununla belə, “Microsoft”un banisi vurğulayıb ki, növbəti dəfə bəşəriyyət pandemiyaya daha çox “hazırlanacaq”. Onun sözlərinə görə, bu an yerinə yetirilmiş alqoritmlər çıxacaq, hansılara ki, karantini daxil edəcəklər. Həmçinin infeksiyanın potensial daşıyıcılarının yoxlanması sistemləri yaxşılaşdırılacaq.

“Biz ikinci dəfə belə axmaq olmayacağıq”, – o fikirlərini yekunlaşdırıb. /Report.az