XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2020 - 09:11

Husilər “Saudi Aramco” neft şirkətinə aid obyektə raket hücumu ediblər –KİV

“Ənsar Allah” (Husilər) hərəkatından olan yəmənli hərbi qiyamçıların nümayəndəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Saudi Aramco” dövlət neft və qaz şirkətinin paylama stansiyasına raket hücumu edildiyini bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Həmçinin husilər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam edəcəyi üçün diqqətli olmalarında dair tövsiyə ediblər.

Səudiyyə Ərəbistanı rəhbərliyi husilərin hücumu barədə məlumatı təsdiqləməyib. (apa)