XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 11:16

Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq –Səhiyyə naziri

Türkiyədə vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi pulsuz olacaq.

“Hürriyət” qəzetinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, Çinin peyvənd istehsal edən “Sinovac” şirkəti ilə danışıqlar başa çatıb və ilkin mərhələdə 10 milyon doza peyvənd sifariş edilib.

Nazir deyib ki, ilkin olaraq tibb işçiləri, daha sonra isə xroniki xəstəlikləri olan və digər risk qrupundakı şəxslər peyvənd olunacaq.

Qoca Türkiyədə yerli peyvəndin sınaqlarının uğurlu olduğunu da vurğulayıb.

O qeyd edib ki, koronavirusla mübarizə çərçivəsində xəstələr üçün “Favipiravir” dərman vasitəsi daha effektivdir. Nazir əlavə edib ki, “Favipiravir” dərman vasitəsinin Türkiyədə istehsalı üçün 4 firmaya icazə verilib.

“Xüsusilə vətəndaşlar tibbi maskadan istifadə edib, sosial məsafəni gözləsələr, habelə mümkün olduqca evdə qalıb, ehtiyac olmadığı təqdirdə kütləvi yerlərə getməsələr küçəyə çıxmaqla bağlı uzun müddətli məhdudiyyətlərə gedilməyəcək”, – deyə F. Qoca vurğulayıb. (report)