XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 11:59

ABŞ-da kilsəyə hücum olub –2 nəfər ölüb, bir neçə nəfər yaralanıb

ABŞ-da kilsəyə hücum olub, ölənlər var.

“ABC7″nin verdiyi xəbərə görə, Kaliforniya ştatının San-Xose şəhərindəki baptist kilsəsinə hücum olub.

Kilsədəkilərə bıçaqla hücum edilib, hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Polisin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır, eyni zamanda hadisə baş verən zaman kilsədə ibadət olmayıb.

Hadisənin qurbanları soyuqdan qorunmaq üçün kilsəyə sığınmış evsiz şəxslər olub.

Hadisəni törədənlərin kimliyi və insidentin motivi hələlik bəlli deyil. (apa)