XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2020 - 14:57

Almaniyada polislə silahlı qarşıdurma:ölən və yaralanan var

Almaniyanın Bonn şəhəri yaxınlığında yerləşən Mekkenhaymda naməlum şəxslə polis əməkdaşları arasında baş verən atışma nəticəsində polis əməkdaşı yaralanıb, hadisəni törədən öldürülüb.

Məlumatı “RİA Novosti” yayıb.

Hadisəni Bonn şəhər prokurorluğu və cinayət polisi araşdırır.

Cinayətin motivi və onu törədənin şəxsiyyəti barədə məlumat yayılmayıb. (report)