XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 15:58

Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan vəzifəsindən azad edilib.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan parlamentinin müdafiə məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən itkin düşmüş hərbçilərin yaxınlarına məlumat verərkən bildirib.

Qeyd edək ki, noyabrın 20-də Ermənistanın müdafiə naziri David Tonoyan vəzifəsindən azad edilib. Onu bu vəzifədə Baş nazir Nikol Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyan əvəz edib. (apa)