XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2020 - 16:15

FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırılıb –Səbəb

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd Əhməd futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Etika Komitəsi 60 yaşlı futbol funksionerinin vəzifəsindən sui-istifadə etdiyini və vəsait mənimsədiyini sübuta yetirib. Əhməd beş il müddətinə milli və beynəlxalq səviyyədə futbol fəaliyyətindən kənar qalacaq. Bundan əlavə, o, 200 min İsveçrə frankı cərimə ödəməli olacaq.

CAF prezidentinin bir neçə məsələlərlə əlaqədar istintaqı davam edir. (Apasport.az)